Modern.az

Zelenski Liz Trassdan gözləntilərini AÇIQLADI

Zelenski Liz Trassdan gözləntilərini AÇIQLADI

Dünya

6 Sentyabr 2022, 00:51

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass həmişə Avropa siyasətinin aydın tərəfində olub və Kiyev onunla gələcək əməkdaşlığı səbirsizliklə gözləyir.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

"Ukraynada biz onu yaxşı tanıyırıq. O, həmişə Avropa siyasətinin aydın tərəfində olub", - Zelenski gecə videomüraciətində bildirib.

 

"İnanıram ki, biz birlikdə xalqlarımızın müdafiəsi və Rusiyanın bütün dağıdıcı səylərinin uğursuzluğu üçün daha çox şey edə biləcəyik", - deyə Zelenski əlavə edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə