Modern.az

Trassdan Baş nazir kimi ilk açıqlama: “Conson güclü lider idi”

Trassdan Baş nazir kimi ilk açıqlama: “Conson güclü lider idi”

Dünya

6 Sentyabr 2022, 21:38

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass “Dauninq Strit” küçəsindəki iqamətgahı qarşısında ilk dəfə çıxış edib.

 

Modern.az xəbər verir ki, o, keçmiş Baş nazir Boris Consonun ölkə üçün çox təsirli lider olduğunu deyib.

 

Trass Consonun "Brexit" problemi, COVID pandemiyası ilə mübarizə və Rusiyanın hücumuna qarşı durmaqda əvəzsiz rol oynadığını bildirib.

 

Britaniyanın yeni lideri Putinin Ukraynada başlatdığı müharibənin səbəb olduğu enerji böhranı ilə birbaşa məşğul olacağını vurğulayıb.

 

O, həmçinin söyləyib ki, Britaniya ictimaiyyəti dəfələrlə cəsarət və qətiyyət nümayiş etdirib, indi də Ukrayna müharibəsinin, həmçinin COVID pandemiyasının yaratdığı qlobal problemlərlə üzləşib.

 

Qeyd edək ki, Liz Trass bu gündən Britaniyanın yeni Baş naziri kimi fəaliyyətə başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə