Modern.az

Üç ölkə ruslara viza verilməməsi barədə razılığa gəldi

Üç ölkə ruslara viza verilməməsi barədə razılığa gəldi

Dünya

7 Sentyabr 2022, 18:32

Litva, Latviya və Estoniya rusların və belarusluların öz sərhədləri vasitəsilə Avropa İttifaqına girişini məhdudlaşdırmaq barədə razılığa gəliblər. 

 

Modern.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib.

 

İstisnalar yalnız yük maşını sürücüləri, diplomatlar, ailə və humanitar səbəblərə görə gələn vətəndaşlara aiddir.

 

"Qərarlar milli hökumətlər tərəfindən milli prosedurlara uyğun olaraq qəbul ediləcək və qüvvəyə minəcək", - Rinkeviç qeyd edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə