Modern.az

Bayden müttəfiqlərlə Ukraynaya dəstəyi müzakirə edib 

Bayden müttəfiqlərlə Ukraynaya dəstəyi müzakirə edib 

8 Sentyabr 2022, 21:18

ABŞ prezidenti Co Bayden müttəfiqləri ilə Ukraynaya dəstək tədbilərini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Müzakirə zamanı Ukraynaya hərbi və iqtisadi yardımın davam etdiriləcəyi bildirilib.

 

Ağ Evin sözçüsü Karine Jen-Pyere deyib ki, Bayden və digər liderlər Rusiyanın enerjidən silah kimi istifadə etməsi, Avropa üçün dayanıqlı və sərfəli enerji təchizatını təmin etmək üçün əlavə addımları müzakirə ediblər.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə