Modern.az

Sərhəddə ölən erməni hərbçilərin ailələri etiraza qalxdı - VİDEO

Sərhəddə ölən erməni hərbçilərin ailələri etiraza qalxdı - VİDEO

Dünya

13 Sentyabr 2022, 17:58

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

 

Modern.az xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin valideynləri etiraza qalxıblar.

 

Onlar Ermənistan parlamentinin binası qarşısında toplaşaraq, övladlarının ölümünə görə hakimiyyətin günahkar olduğunu bildiriblər.

 

Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanın qarşısını almağa çalışır.

 

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə