Modern.az

Putin və Şolts Ukraynanı müzakirə etdi

Putin və Şolts Ukraynanı müzakirə etdi

Dünya

13 Sentyabr 2022, 21:18

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, məlumatı Almaniya hökuməti yayıb.

 

Telefon danışığı 90 dəqiqə davam edib. Ukraynadakı son durum, o cümlədən Zaporojye AES-dəki vəziyyət müzakirə olunub.

 

Şolts Putini Ukrayna ilə müharibədə diplomatik həll yolu tapmağa, tezliklə atəşi dayandırmağa və qoşunları Ukrayna ərazilərindən çıxarmağa çağırıb. O bildirib ki, Rusiyanın Ukrayna ərazilərinə hücumla bağlı növbəti addımları cavabsız qalmayacaq və heç bir halda tanınmayacaq.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə