Modern.az

Putin: Zelenski danışıqlara hazır deyil

Putin: Zelenski danışıqlara hazır deyil

Dünya

16 Sentyabr 2022, 20:44

Türkiyə Prezidenti Ərdoğan uzun müddətdir ki, mənə Zelenski ilə görüşməyi təklif edir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

 

"Türkiyə Prezidenti hesab edir ki, Zelenski ilə görüşün keçirilməsi müsbət nəticə verəcək”, - Putin çıxışında bildirib.

 

O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını, bunun mümkün olmadığını bəyan edib.

 

"Görüşün baş tutması üçün gərək Kiyev buna razılıq versin. Lakin onlar danışıqlardan imtina edirlər. Əgər imtina edirləsə, onda bu görüş lazım deyil”,  deyə Rusiya lideri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə