Modern.az

Avropa Məhkəməsinə ilk dəfə qadın rəhbərlik edəcək

Avropa Məhkəməsinə ilk dəfə qadın rəhbərlik edəcək

Dünya

19 Sentyabr 2022, 19:16

Avropa İnsan Haqları Məhkəməsinin yeni prezidenti seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, məhkəməyə İrlandiyadan olan Siofra Oliri rəhbərlik edəcək. Xanım prezident vəzifəsinə noyabr ayının 1-dən etibarən başlayacaq.

 

Avropa İnsan Haqları Məhkəməsinin ilk qadın rəhbəri olan xanım Oliri bu vəzifədə İslandiyadan olan Robert Spanonu əvəz edəcək. 

 

Oliri bundan əvvəl məhkəmənin vitse-prezidenti vəzifəsində olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə