Modern.az

Daşqınlardan sonra Pakistanda malyariya sürətlə YAYILIR

Daşqınlardan sonra Pakistanda malyariya sürətlə YAYILIR

Dünya

21 Sentyabr 2022, 18:24

Pakistanın daşqından zərər çəkmiş bölgələrində sürətlə malyariya xəstəliyi yayılır.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilir ki, indiyədək malyariyadan ölənlərin sayı 324-ə çatıb. Ölkə rəsmiləri xəbərdarlıq edir ki, lazımi yardım gəlməsə vəziyyət nəzarətdən çıxa bilər.

 

Su basmış ərazilərdə yaradılan müvəqqəti səhiyyə müəssisələri və səyyar düşərgələr son 24 saat ərzində 78 mindən çox , iyulun 1-dən isə 2 milyondan çox xəstəni müalicə edib.

 

Daşqınlardan əziyyət çəkən ərazilərdə ağcaqanad kimi həşəratlar xəstəliyin yayılmasını sürətləndirir.

 

Qeyd edək ki, Pakistanda güclü yağışlar nəticəsində 552-si uşaq, 315-i qadın olmaqla 1545 nəfər həyatını itirib, 12 min 850 nəfər isə yaralanıb. Milyonlarla insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə