Modern.az

İranlı general birgə təlimlərin detallarını açıqladı

İranlı general birgə təlimlərin detallarını açıqladı

Dünya

23 Sentyabr 2022, 13:02

İran, Rusiya və Çinin hərbi dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqeri bildirib. 

 

Generalın sözlərinə görə, təlimlər Hind okeanının cənubunda 17 min kvadratkilometr ərazidə təşkil ediləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, hərbi helikopter və təyyarələr də cəlb olunacaq.

 

İranlı general bildirib ki, təlim zamanı düşmən hücumunun qarşısının birgə alınması taktikası məşq ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə