Modern.az

Şarl Mişeldən BMT-yə ÇAĞIRIŞ

Şarl Mişeldən BMT-yə ÇAĞIRIŞ

24 Sentyabr 2022, 12:32

Avropa Şurasının prezidenti Şarl Mişel BMT Baş Assambleyasında BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.

 

Modern.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Şarl Mişel bildirib ki, Təhlükəsizlik Şurası hazırda nə inklüziv, nə də təmsilçidir.

 

O, xüsusilə veto hüququndan istifadə prinsipinə təcili dəyişiklik edilməsini istəyib. 

 

Mişel Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılmasında da israr edib.

 

“Təhlükəsizlik Şurasının daimi üzvü Baş Assambleya tərəfindən qınanılan səbəbsiz və əsassız müharibəyə başladıqda, onun Təhlükəsizlik Şurasından çıxarılması avtomatik olmalıdır”,- o vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə