Modern.az

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri verdi

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri verdi

Dünya

25 Sentyabr 2022, 22:30

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərini təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

O, sistemlərin tədarük edilməsinə görə ABŞ Prezidenti Co Baydenə təşəkkür edib: “Amma inanın ki, bu, mülki infrastrukturu, məktəbləri, xəstəxanaları, universitetləri, ukraynalıların evlərini əhatə etməyə kifayət deyil”.

 

Zelenski, həmçinin ABŞ-a HIMARS və digər raket sistemlərinə görə minnətdarlığını bildirib.

 

Bundan əvvəl ABŞ Ukraynaya MASAMS adlı hava hücumundan müdafiə sistemlərinin tədarükünə razılıq verib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə