Modern.az

Lukaşenkoya görə səfir XİN-ə çağırıldı - Tbilisidən etiraz

Lukaşenkoya görə səfir XİN-ə çağırıldı - Tbilisidən etiraz

Dünya

28 Sentyabr 2022, 17:42

Belarusun Tbilisidəki səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi tv” telekanalı məlumat yayıb.

 

Buna səbəb kimi Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri göstərilib. Gürcüstan XİN Lukaşenkonun qanunsuz səfərinə görə, belaruslu diplomata etirazlarını çatdırıb.

 

Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Abxaziyaya səfər edib. Lukaşenko səfəri çərçivəsində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüş keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, eləcə də beynəlxalq məsələlər müzakirə olunub.

 

Lukaşenko Abxaziyaya səfər etsə də, Belarus buranı müstəqil dövlət kimi tanımır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə