Modern.az

Şolts Zelenskiyə vədlər verdi

Şolts Zelenskiyə vədlər verdi

Dünya

28 Sentyabr 2022, 19:08

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.

 

Şolts və Zelenski Ukraynanın hərbi, siyasi və iqtisadi vəziyyəti, həmçinin ölkəyə dəstək imkanları, o cümlədən ölkənin yenidən qurulması ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Şolts bəyan edib ki, Almaniya Ukraynaya onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün konkret dəstəyi, həmçinin silah, siyasi, maliyyə və humanitar yardımı dayandırmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə