Modern.az

Krımın Belbek aerodromunda güclü partlayış olub

Krımın Belbek aerodromunda güclü partlayış olub

Dünya

1 Oktyabr 2022, 20:32

Oktyabrın 1-i axşam saatlarında Rusiya tərəfindən ilhaq edilən Krımdakı Belbek aerodromunda partlayış səsləri eşidilib. 

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.

 

Hadisə şahidləri güclü yanğın səbəbindən havaya qara tüstünün qalxdığını bildiriblər.

 

Sosial şəbəkələrdə hava limanında yanğının baş verməsini əks etdirən görüntülər yayılıb.

 

Sevastopolun rəhbəri Razvojayev bildirib ki, eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxaraq yanıb. Bundan əlavə, aerodromun vurulduğu da iddia edilir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə