Modern.az

Fransa Ukrayna üçün silah fondu yaradır

Fransa Ukrayna üçün silah fondu yaradır

7 Oktyabr 2022, 19:45

Fransa Ukraynanı silahla təmin etmək üçün fond yaratmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

 

Dövlət başçısı bildirib ki, Ukraynanın birbaşa silah şirkətlərindən silah alması üçün fond yaradılacaq. Fond ilkin olaraq 100 milyon dollar dəyərində olacaq.

 

Qeyd edək ki, Fransa Rusiyanın müharibəyə başlamasından bəri Ukraynanı silahla təmin edir. Rəsmi Paris Ukraynaya "Sezar" adlı özüyeriyən artilleriya qurğuları göndərib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə