Modern.az

İspaniya Ukraynaya raket kompleksləri göndərəcək 

İspaniya Ukraynaya raket kompleksləri göndərəcək 

8 Oktyabr 2022, 22:40

İspaniya yaxın gələcəkdə Ukraynaya orta mənzilli "Spada-2000" zenit-raket kompleksləri verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İspaniyanın "İnfodefensa" nəşri məlumat yayıb.

 

Məlumatı İspaniya müdafiə naziri Marqarita Robles də təsdiqləyib.

 

Bildirilib ki, 19 ukraynalı hərbçi İspaniyada hava hücumundan müdafiə sistemləri üzrə təlim keçib. Bundan əlavə, qeyd olunub ki, Ukrayna silahlı qüvvələrinin ikinci qrupu noyabrın 1-də təlimlərə başlayacaq.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə