Modern.az

İsrail Rusiyanın raket hücumlarını PİSLƏDİ

İsrail Rusiyanın raket hücumlarını PİSLƏDİ

Dünya

10 Oktyabr 2022, 21:58

İsrailin Baş naziri Yair Lapid Rusiyanın Ukraynada dinc sakinlərin ölümünə səbəb olan raket hücumlarını pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

"Rusiyanın Kiyevdə və Ukraynanın digər şəhərlərində dinc sakinlərə hücumlarını qətiyyətlə pisləyirəm. Ölənlərin ailələrinə və Ukrayna xalqına səmimi başsağlığımı bildirirəm", - Lapid bildirib.

 

Qeyd edək ki, bu gün Rusiya ordusu Ukraynanın şəhərlərinə kütləvi şəkildə raket hücumları təşkil edib. Zərbələr nəticəsində ölənlər və xəsarət alanlar olub.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə