Modern.az

Putin daha bir ərəb lideri ilə görüşəcək 

Putin daha bir ərəb lideri ilə görüşəcək 

12 Oktyabr 2022, 21:02

Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

 

"Bu, pandemiyanın başlanmasından sonra ilk üz-üzə görüş olacaq, ona görə də çox vacibdir", - Uşakov deyib.

 

Liderlər sonuncu dəfə 2019-cu ildə Düşənbədə görüşüb. Tərəflərin qaz tədarükünü müzakirə edəcəyi bildirilir. 

 

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə