Modern.az

Fransa Ukraynaya PUA-lara qarşı müdafiə sistemləri verəcək 

Fransa Ukraynaya PUA-lara qarşı müdafiə sistemləri verəcək 

Dünya

13 Oktyabr 2022, 01:01

Fransa yaxın həftələrdə Ukraynaya radar və hava hücumundan müdafiə sistemləri tədarük edəcək 

 

Modern.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron çərşənbə günü bildirib.

 

O qeyd edib ki, Ukraynaya xüsusilə pilotsuz uçuş aparatlarından (PUA) müdafiə olunmaq üçün silahlar veriləcək.

 

“France 2” televiziyasına müsahibə verən Makron konkret hansı tip silahın təhvil veriləcəyi barədə danışmayıb.

 

Fransa bundan əvvəl Ukraynaya “Mistral” hava hücumundan müdafiə sistemləri göndərib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə