Modern.az

Tacikistan liderindən Putinə sərt sözlər: “Biz yadplanetliyik?”

Tacikistan liderindən Putinə sərt sözlər: “Biz yadplanetliyik?”

Dünya

14 Oktyabr 2022, 22:32

Tacikistan prezidenti Emoməli Rəhmon Rusiya lideri Vladimir Putinə bildirib ki, Rusiya Federasiyası Tacikistanda keçirilən forumda rusiyalı nazirlərin iştirakı tələbinə əməl etməyib.

 

Modern.az xəbər verir ki, Rəhmon bu barədə Astanada keçirilən Rusiya-Mərkəzi Asiya forumunda danışıb.

 

Onun sözlərinə görə, Tacikistanda keçirilən foruma rusiyalı nazirlər özləri gəlməyib, müavinlərini göndəriblər.

 

“Biz 100-200 milyonluq xalq deyilik. Ancaq hörmət olunmaq istəyirik. Harada nəyi səhv etmişik? Biz hər zaman əsas strateji tərəfdaşımızın maraqlarına hörmətlə yanaşmışıq. Bizə də hörmət edilməsini istəyirik. Biz bir növ yadplanetliyik? Bizə çox pul yatırmağa ehtiyac yoxdur. Vladimir Vladimiroviç, mən sizdən xahiş edirəm ki, Mərkəzi Asiya ölkələrinə qarşı keçmiş Sovet İttifaqı kimi siyasət aparmayın”, - deyə Rəhmon rusiyalı həmkarına iradlarını bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə