Modern.az

100-dən çox ukraynalı qadın əsirlikdən AZAD EDİLDİ

100-dən çox ukraynalı qadın əsirlikdən AZAD EDİLDİ

17 Oktyabr 2022, 20:47

Ukrayna 108 qadını Rusiyanın əsirliyindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

 

"Biz bu gün daha bir genişmiqyaslı məhbus mübadiləsi həyata keçirə bildik. 108 qadını əsirlikdən azad etdik. Bu, ilk qadın mübadiləsi idi", - deyə Yerman vurğulayıb.

 

Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlik 110 hərbi əsirin Rusiyaya qaytarıldığını açıqlayıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə