Modern.az

Kiyev İranı Rusiyaya silah tədarükünü dayandırmağa çağırdı

Kiyev İranı Rusiyaya silah tədarükünü dayandırmağa çağırdı

17 Oktyabr 2022, 23:54

Ukrayna Xarici İşlər Nazirliyi İranı Rusiyanın “hərbi təcavüzünün ortağı” adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

 

İttihamın əsası Rusiya ordusunun İran istehsalı pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bağlı məlumatlar olub. Kiyev İslam Respublikasını Rusiyaya silah tədarükünü dərhal dayandırmağa çağırıb.

 

"Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bu gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə Rusiyanın ukraynalılara qarşı terrora kömək etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb", - Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunan press-relizdə deyilir. 

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə