Modern.az

İran Rusiyaya raket və yeni PUA-lar göndərir

İran Rusiyaya raket və yeni PUA-lar göndərir

Dünya

18 Oktyabr 2022, 19:59

İran Rusiyaya yeni raketlər, həmçinin əlavə pilotsuz uçuş aparatları tədarük edəcəyinə söz verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən yazıb.

 

İddialara əsasən, tərəflər arasında razılaşma oktyabrın 6-da İran rəsmilərinin silahların tədarükü ilə bağlı Moskvaya səfəri zamanı əldə edilib.

 

Məlumata görə, Rusiya İrandan xüsusilə “Fateh” və “Zülfüqar” raketləri istəyib.

 

Qeyd edək ki, bundan öncə İran tərəfi isə Rusiyaya PUA və silah satmadığını açıqlayıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə