Modern.az

Rus iş adamları Türkiyəyə axışır - Şirkətlərin sayı 4 dəfə artıb

Rus iş adamları Türkiyəyə axışır - Şirkətlərin sayı 4 dəfə artıb

Dünya

18 Oktyabr 2022, 22:01

Rusiya vətəndaşları bu ilin ilk 8 ayında Türkiyədə 729 şirkət yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Dünya" qəzeti Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin məlumatlarına istinadən yazıb.

 

Bildirilir ki, Rusiya Türkiyədə qurulan xarici şirkətlərin sayına görə İrandan sonra ikinci yerdədir. 

 

Səkkiz ayda Türkiyədə 86,5 min şirkət yaradılıb ki, onlardan 14 090-ı xarici vətəndaşlara məxsusdur. Türkiyədə xarici şirkətlərin sayına görə lider İrandır. Belə ki, hazırda Türkiyədə İrana məxsus 874 şirkət fəaliyyət göstərir.

 

Bundan əlavə, nəşrin məlumatına görə, Rusiya 2021-ci illə müqayisədə Türkiyədəki biznes iştirakını dörd dəfədən çox artırıb. Bir il əvvəl ölkədə Rusiyanın iştirakı ilə 177 şirkət yaradılıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə