Modern.az

Ştaynmayer Ukraynaya gedib

Ştaynmayer Ukraynaya gedib

Dünya

25 Oktyabr 2022, 09:16

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Kerstin Hammelin “Twitter” hesabında yazıb.

 

Kerstin Hammelin Prezidentin Ukrayna paytaxtının dəmir yolu vağzalındakı fotosunu paylaşaraq bunları qeyd edib: “Bizim həmrəyliyimiz sarsılmazdır və belə qalacaq. Federal prezident Ştaynmayer Ukraynaya gəlib”.

 

Qeyd edək ki, bu, Ştaynmayerin Rusiya-Ukrayna münaqişəsindən sonra Kiyevə ilk səfəridir. 2022-ci ilin aprelində Ukrayna hakimiyyəti Almaniya prezidentinin səfərini Rusiya ilə əlaqələrinə görə rədd etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?