Modern.az

Rusiya Əfqanıstandan muzdlu döyüşçülər GƏTİRİR

Rusiya Əfqanıstandan muzdlu döyüşçülər GƏTİRİR

Dünya

26 Oktyabr 2022, 20:45

Böyük Britaniya və ABŞ-da təlim keçmiş Əfqanıstan Milli Ordusunun Komando Korpusunun üzvlərinə "WhatsApp" və "Signal" messencerləri vasitəsilə Rusiya Silahlı Qüvvələrinə qoşulmaq təklifləri daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə nüfuzlu "Foreign Policy" jurnalı yazıb.

 

“Qərb qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra ölkədə 30 minə yaxın yaxşı təlim keçmiş xüsusi təyinatlılar qalıb”, - deyə mənbələr bildiriblər. 

 

“Onların bir çoxu işdən çıxarılıb, bəziləri isə Talibanın NATO qüvvələri ilə əməkdaşlıq edən hər kəsdən qisas almaq niyyətinə görə qorxub gizlənirlər”, - jurnal qeyd edib.

 

Mənbənin sözlərinə görə, Rusiyanın təklifini 10 minə yaxın insan qəbul edə bilər.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR