Modern.az

Məşhur aktrisa qətlə yetirilib

Məşhur aktrisa qətlə yetirilib

29 Oktyabr 2022, 01:05

“Sevgi” filmi ilə məşhurlaşan bolqariyalı məşhur aktrisa Violeta Doneva Sofiyadakı mənzilində qətlə yetirilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 79 yaşlı aktrisanın meyiti polis tərəfindən aşkarlanıb.

 

Onun bədənində zorakılıq izləri aşkar edilib. Məlumata görə, hazırda əsas şübhəli aktrisanın psixi pozğunluğu olan yaxın qohumlarından biri hesab edilir.

 

Qeyd edək ki, Donevanın oynadığı "Sevgi" filmi 1973-cü ildə VIII Moskva Beynəlxalq Film Festivalının Qızıl Mükafatını qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR