Modern.az

Paşinyan Rəisilə danışıqlara GEDİR

Paşinyan Rəisilə danışıqlara GEDİR

31 Oktyabr 2022, 16:20

Noyabrın 1-də Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

 

Bildirilib ki, Paşinyanın İran Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanması olacaq.

 

Ermənistan və İran liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək.

 

Qeyd edək ki, bir neçə gün öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Prezident İbrahim Rəisinin adından Ermənistanın baş naziri Nikol Paşinyanı Tehrana dəvət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR