Modern.az

Pakistanın Baş naziri Çin lideri ilə görüşdü 

Pakistanın Baş naziri Çin lideri ilə görüşdü 

2 Noyabr 2022, 23:13

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Çinə səfər edib.

 

Modern.az xəbər verir ki, o, Pekində Çinin baş naziri Li Keqianq və Çin lideri Si Cinpin ilə görüşüb.

 

Si Cinpin görüş zamanı deyib ki, Çin Pakistanın maliyyə vəziyyətini sabitləşdirməyə çalışır. Diqqətə çatdırılıb ki, Pekin İslamadanı dəstəkləməyə davam edəcək.

 

Qeyd edək ki, bu yay Pakistana dağıdıcı daşqınlar nəticəsində 30 milyard dollar ziyan dəyib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi