Modern.az

Van Qoqun rəsm əsərinə şorba tökdülər 

Van Qoqun rəsm əsərinə şorba tökdülər 

4 Noyabr 2022, 19:11

İtaliyanın paytaxtı Roma şəhərində nümayiş etdirilən Vinsent Van Qoqun rəsm əsərinin üzərinə şorba atılıb.

 

Modern.az xəbər verir ki, vandalizm aktını törədən dörd qadın qlobal istiləşmə ilə bağlı şüarlar səsləndirib və özlərini qalereyanın divarına yapışdırıblar.

 

İtaliyanın mədəniyyət naziri Gennaro Sanqiuliano tabloya hücumu pisləyib.

 

"Bizim kimliyimizin əsas hissəsi olan mədəniyyət müdafiə edilməli, qorunmalı, etiraz formaları üçün meqafon kimi istifadə edilməməlidir", - nazir bildirib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi