Modern.az

Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək

Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək

Dünya

7 Noyabr 2022, 18:05

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko bildirib.

 

Təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır. “Amma səfər mütləq baş tutacaq”, - diplomat deyib.

 

Qeyd edək ki, Sunak seçki kampaniyası dövründə ilk xarici səfərini Ukraynaya edəcəyini açıqlamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi