Modern.az

ABŞ-da 82 müsəlman namizəd seçkilərdə qalib gəlib

ABŞ-da 82 müsəlman namizəd seçkilərdə qalib gəlib

10 Noyabr 2022, 21:58

Noyabrın 8-də ABŞ-da keçirilən aralıq seçkilərində milli və əyalət səviyyəsində 82 müsəlman əsilli namizəd rəqiblərini geridə qoyaraq qalib gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Jetpack" Resurs Mərkəzi və Amerika-İslam Münasibətləri Şurası (CAIR) məlumat yayıb.

 

Bildirilib ki, bu, ölkə tarixində ən böyük rəqəmdir və əvvəlki rekord 2020-ci ildə 71 müsəlman namizədlə qeydə alınıb.

 

Konqres seçkilərində Minnesotadan İlhan Ömər, Miçiqandan Rəşidə Tlaib və İndianadan Andre Karson Demokratlar Partiyasından yenidən seçilərək qanunverici orqandakı yerlərini qoruyub.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?