Modern.az

Polşa Ukrayna ilə sərhəddə qırıcıları havaya qaldırdı

Polşa Ukrayna ilə sərhəddə qırıcıları havaya qaldırdı

Dünya

15 Noyabr 2022, 23:37

Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

 

Təyyarələr Polşa-Ukrayna sərhədində patrol uçuşları həyata keçirir. Bundan əlavə, NATO-ya məxsus pilotsuz uçuş aparatları da Polşa-Ukrayna sərhədində uçuşlar edir.

 

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşa ərazisinə düşüb. Hadisə nəticəsində mülki şəxslərin həlak olduğu bildirilir. Polşa hökuməti hadisədən sonra təcili iclas çağırıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi