Modern.az

Rusiya Polşaya raket atılması barədə açıqlama YAYDI

Rusiya Polşaya raket atılması barədə açıqlama YAYDI

Dünya

15 Noyabr 2022, 23:55

Rusiya tərəfi Polşa ərazisinə raket düşməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

 

"Polşa KİV-lərinin və rəsmilərinin Rusiya raketlərinin Prjevoduv ərazisinə düşməsi ilə bağlı açıqlamaları məqsədli təxribatdır”, - açıqlamada deyilir.

 

Bildirilib ki, Rusiya tərəfindən Polşa-Ukrayna sərhədindəki hədəflərə hücum həyata keçirilməyib.

 

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi