Modern.az

Zelenski NATO-nu Rusiyaya cavab verməyə çağırdı

Zelenski NATO-nu Rusiyaya cavab verməyə çağırdı

Dünya

16 Noyabr 2022, 00:17

Rusiyanın terroru təkcə dövlət sərhədlərimizlə məhdudlaşmır, Rusiya raketləri Polşanı da vurdu.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

 

Prezident qeyd edib ki, Rusiya nə qədər cəzasızlıq hiss etsə, bir o qədər çox təhlükəli olacaq. 

 

"NATO ərazisinə raket zərbələri endirildi. Bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur. Bu, çox əhəmiyyətli bir eskalasiyadır. Biz hərəkət etməliyik", - Zelenski dünya güclərinə səslənib.

 

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi