Modern.az

Polşaya düşən raketlə əlaqəmiz yoxdur - KREML

Polşaya düşən raketlə əlaqəmiz yoxdur - KREML

Dünya

16 Noyabr 2022, 14:48

Polşa ərazisinə "raket zərbəsi" ilə bağlı insidentdə Rusiyanın heç bir günahı yoxdur.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

 

“Rusiyanın Polşadakı insidentlə heç bir əlaqəsi yoxdur. Burada hər şeyi öz adı ilə çağırmaq lazımdır", - Peskov vurğulayıb.

 

“Qərbin nümayəndələri baş verənlərlə bağlı real məlumat olmadan Polşaya “raket hücumu” ilə bağlı bəyanatlar veriblər. Bütün bu vəziyyət qızğın rusofobiyanın başqa bir nümunəsidir”, - Kremlin sözçüsü əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi