Modern.az

Bayden Ağ Evdə nəvəsinə toy edir

Bayden Ağ Evdə nəvəsinə toy edir

Dünya

19 Noyabr 2022, 19:26

ABŞ prezidenti Co Bayden nəvəsi Naomi Bayden üçün Ağ Evdə toy mərasimi keçirir.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, mərasim mediaya qapalı olacaq.

 

28 yaşlı Naomi Bayden bir neçə il əvvəl tanış olduğu, 25 yaşlı hüquq fakültəsindən yeni məzun olan Peter Nil adlı oğlanla evlənir.

 

Naomi Bayden prezidentin oğlu Hanter Bayden və onun birinci həyat yoldaşı Ketlin Buhlun qızıdır. 

 

Qeyd edilir ki, bu mərasimlə tarixdə Ağ Evdə keçirilən toyların sayı 19-a çatacaq. Prezident iqamətgahı 1812-ci ildən etibarən 18 toy mərasiminə ev sahibliyi edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi