Modern.az

Makron Putinlə danışıqlar aparmaq İSTƏYİR

Makron Putinlə danışıqlar aparmaq İSTƏYİR

23 Noyabr 2022, 20:15

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "La Figaro" nəşri məlumat yayıb.

 

Bildirilir ki, o, Putinlə Zaporojye Atom Elektrik Stansiyasındakı (ZAES) vəziyyəti müzakirə etməyi planlaşdırır.

 

“Yaxın günlərdə Putinlə birbaşa əlaqələri səbirsizliklə gözləyirəm. MAQATE-nin rəhbəri Rafael Qrossi ilə apardığım danışıqlardan sonra, ilk növbədə, nüvə enerjisi və Zaporojye AES ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırıram”, - Makron vurğulayıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı