Modern.az

Azərbaycan və Ermənistan liderləri Rusiyada görüşəcək? - RƏSMİ

Azərbaycan və Ermənistan liderləri Rusiyada görüşəcək? - RƏSMİ

25 Noyabr 2022, 13:48

Kreml yaxın vaxtlarda Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi ilə bağlı suallara aydınlıq gətirib.

 

Modern.az Rusiya KİV-lərinə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

 

"Yaxın vaxtlarda Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır", - Kreml rəsmisi deyib.

 

Peskov bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə vermək istiqamətində işini davam etdirir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi