Modern.az

Mirzoyan Ceyhun Bayramovla eyni tədbirə qatılacaq

Mirzoyan Ceyhun Bayramovla eyni tədbirə qatılacaq

30 Noyabr 2022, 11:09

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşaya rəsmi işgüzar gedəcək.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, erməni nazir Polşanın Lodz şəhərində keçirilən ATƏT Nazirlər Şurasının 29-cu toplantısında iştirak edəcək.

 

Toplantı bu gündən 2 dekabradək davam edəcək.

 

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da ATƏT Nazirlər Şurasının iclasına qatılmaq üçün Polşaya yola düşüblər.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...