Modern.az

Ermənistanda suverenlik əleyhinə çağırışlar cinayət sayılacaq

Ermənistanda suverenlik əleyhinə çağırışlar cinayət sayılacaq

29 Dekabr 2022, 12:28

Ermənistanda suverenlikdən imtina ilə bağlı çağırışlar cinayət tərkibi yaradacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bununla bağlı cinayət məcəlləsinə düzəlişlər edilməsi nəzərdə tutulur.

 

Hökumət artıq bununla bağlı təşəbbüslə çıxış edib.

 

Bildirilib ki, suverenlik əleyhinə çağırışlar 2 aydan 3 ilədək azadlığın məhdudlaşdırılması, buna yönəlik fəaliyyət 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə, çağırışlar mətbuatda yayımlanarsa, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

Məlumata görə, sözügedən düzəlişlərlə bağlı layihə artıq parlamentə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...