Modern.az

İtaliya səfiri İran XİN-ə çağırıldı 

İtaliya səfiri İran XİN-ə çağırıldı 

Dünya

29 Dekabr 2022, 23:43

İtaliyanın İrandakı səfiri Cüzeppe Perrone bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran telekanalı məlumat yayıb.

 

Səfirin XİN-ə çağırılmasına səbəb İranda davam edən etirazlar fonunda İtaliya rəsmilərinin Tehran hakimiyyətinə qarşı bəyanatlarıdır.

 

Xatırladaq ki, ötən gün İranın İtaliyadakı səfiri Məhəmmədrza Saburi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?