Modern.az

Rusiya XİN: Çin bizim üçün vacibdir

Rusiya XİN: Çin bizim üçün vacibdir

Dünya

3 Yanvar 2023, 09:20

Rusiya XİN başçısının müavini Andrey Rudenko ölkəsinin Çin Xalq Respublikası ilə əlaqələrindən danışıb.

 

Modern.az xəbər verir ki, nazir müavini bu barədə TASS-a müsahibəsi zamanı söz açıb.

 

"Rusiya hava yolu və dəmir yolu sahələrində sərnişin daşımalarının bərpası məsələsində Çinlə işləməyi vacib hesab edir. Bu kontekstdə Rusiya tərəfi iki ölkə xalqları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mərkəzi rol oynayan humanitar əlaqələrin intensivləşdirilməsində maraqlıdır", - deyə Rudenko bildirib.

 

O həmçinin qeyd edib ki, müvafiq sahələrdə əlaqələrin inkişafı iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verəcək.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?