Modern.az

Ermənistanda iki maşın toqquşdu: 5 nəfər diri-diri yandı

Ermənistanda iki maşın toqquşdu: 5 nəfər diri-diri yandı

7 Yanvar 2023, 17:52

Ermənistanın Qeqarkunik rayonundakı Nerkin Getaşen-Martuni yolunda iki avtomobilin toqquşması yanğına səbəb olub.

Modern.az xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yanvarın 7-də saat 16:21 radələrində baş verib.

Shamshyan.com kriminal xəbər saytının məlumatına görə, iki “Opel” markalı avtomobilin toqquşması nəticəsində yanğın baş verib. Maşınlardan birində 3 cəsəd, digərində isə 2 yanmış cəsəd tapılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır