Modern.az

Braziliyanı etirazlar bürüdü - Konqres binası ələ keçirildi

Braziliyanı etirazlar bürüdü - Konqres binası ələ keçirildi

8 Yanvar 2023, 23:40

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları Ali Məhkəməni və Konqres binasını zəbt edib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, etirazçılar Braziliyadakı prezident sarayını mühasirəyə alıblar.

 

Bir neçə min etirazçı Ali Məhkəmə və Konqres binalarına hücum edərək, orada mebelləri sındırıblar. Yerli media aksiyada 3000-ə yaxın insanın iştirak etdiyini təxmin edir.

 

Braziliya Prezidenti Luiz İnasio Lula da Silvan ictimai təhlükəsizlik qüvvələrinə etirazçıların qarşısını almağı tapşırıb.

 

Qeyd edək ki, Bolsonaronun bəzi tərəfdarları Braziliyada keçirilən seçkilərin nəticələrini tanımayıb. O, mandatının bitməsinə 48 saat qalmış Braziliyadan Floridaya gedib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır