Modern.az

Ukrayna hərbçiləri \"Patriot\" sistemi üzrə təlimlərə başlayır

Ukrayna hərbçiləri \

10 Yanvar 2023, 22:52

Ukrayna hərbçiləri yaxın həftələrdə ABŞ-dakı hərbi bazada "Patriot" hava hücumundan müdafiə sistemi üzrə təlimlərə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

 

Təlimin Oklahoma ştatındakı Fort Silldə keçiriləcəyi bildirilir.

 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfərindən sonra Vaşinqton Kiyevə "Patriot" sistemlərinin tədarük edilməsinə qərar verib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır