Modern.az

Türkiyəyə yük daşınmasında Ermənistan da iştirak edəcək? - AÇIQLAMA

Türkiyəyə yük daşınmasında Ermənistan da iştirak edəcək? - AÇIQLAMA

11 Yanvar 2023, 12:55

Ermənistan aviaşirkətlərinin Türkiyəyə hava yolu vasitəsilə yük daşımalarında iştirakı barədə yeni açıqlama verilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində ölkənin ərazi-idarəetmə nazirinin müavini Armen Semonyan danışıb.

 

Onun sözlərinə görə, bu məsələ hələlik məlum deyil.

 

"Ermənistan aviaşirkətlərinin Türkiyə ilə yükdaşımalarda iştirak edib-etməyəcəyi məlum deyil. Uçuşların təşkili qaydası və aviaşirkətlərin siyahısı hələ təsdiq edilməyib. Çox güman ki, reyslər paritet əsasında həyata keçiriləcək. 2022-ci ildə Ermənistanın aviaşirkətlər bazarında Rusiyanın “Aeroflot” şirkəti birinci, Ermənistanın “FlyOne” şirkəti ikinci, “Fly Arna” isə üçüncü yerdə qərarlaşıb", - deyə nazir müavini bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə normallaşma prosesi çərçivəsində Ermənistanı birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırılması barədə məlumatlandırıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi