Modern.az

Lavrov Lukaşenko ilə danışığa gedir

Lavrov Lukaşenko ilə danışığa gedir

12 Yanvar 2023, 13:25

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 19-da Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegiyalarının birgə iclasında iştirak etmək üçün Minskə səfər edəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

O, Lavrovun Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacağını qeyd edib.

"Yanvarın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegiyalarının birgə iclasında iştirak etmək üçün Minskə səfər edəcək. Onun Belarus prezidenti ilə görüşü, Belarusun xarici işlər naziri ilə danışıqları planlaşdırılır", - Zaxarova deyib.

Görüşlərin yekunu olaraq iclasın qətnaməsinin, 2023-cü il üçün XİN-lərarası məsləhətləşmələrin planlarının və hökumətlərarası memorandumun imzalanması planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?