Modern.az

Qubada maşın məktəblini vurub öldürdü

Qubada maşın məktəblini vurub öldürdü

14 Yanvar 2023, 14:58

 Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, "Qazel" markalı yük maşını yolu keçmək istəyən 11 yaşlı məktəblini vurub.

 

Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?